Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan açıqlama

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

"Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...