Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Koronavirus kimləri qəfil öldürür? - Risk qrupu açıqlandı

Son günlər koronavirusla əlaqəli ölüm hallarının sayı da artıb.

Bəzi şəxslər virusa yoluxduğu ilk günlərdə qəfil vəfat edir. Məsələn, Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud və həyat yoldaşı virusa yoluxduqdan qısa müddət sonra qəfildən vəfat ediblər.

Əməkdar artist Səməd Səmədov da xəstəxanaya yerləşdirildikdən cəmi 1 gün sonra virusdan vəfat edib.

Maraqlıdır ki, COVİD-19-dan qəfil ölüm hallarının səbəbi nədədir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, xəstənin orqanizmində hər hansı sistemdə ağır pozulmalar varsa, COVİD-19-a yoluxarkən virus həmin sistemi çökdürə, nəticədə şəxs həyatını qısa zaman ərzində itirə bilər:

"İnsan bədənində allergiya, ağır diabetik hal, ürək-qan damar sisteminin çox ağır xəstəlikləri, böyrək xəstəlikləri, maddələr mübadiləsinin ciddi pozuntuları, sinir sistemində ciddi ağırlaşmalar yoxdursa, virus qəfil ölüm yarada bilməz.

COVİD-19-a yoluxan şəxsdə virus tənəffüs, mədə-bağırsaq, qan, beyin sisteminin işini zəiflədə, poza bilər. Əgər virus həmin sistemlərin işini ağır şəkildə zəiflətmir və pozmursa, onda qəfil ölüm halı da olmur”.

O bildirib ki, qəfil ölüm olmaması üçün peyvəndlənmə sürətlənməlidir:

“Eyni zamanda, immun sisteminin qorunması üçün düzgün və keyfiyyətli qidalanma önəmlidir. Bunlar olmadıqdan sonra adi virusdan da xəstəliklər yaranır. Təbii ki, peyvənd olan insanlarda tək-tük ölüm halları da ola bilər. Bu, immun sistemdən asılıdır. Peyvəndlər bizim bədənimizi həmin xəstəliyə uyğunlaşdırır ki, virus bizə təsir etməsin. Yəni peyvənd bədənimizin sağlamlığı deyil, xəstəliklərdən qorunmağın vasitəsidir. Sadəcə peyvənd yoluxmaların, ölümlərin sayını çox aşağı salır. Xəstələndikdə də bunu yüngül keçiririk".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...