Nazir müavini işdən çıxarılıb? - AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanladıq.
Mynews.az bildirir ki Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev belə cavablandırıb:
"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir. İsmayıl müəllim hazırda müalicəsini davam etdirir, yaxın günlərdə işə çıxacaq”.
Qeyd edək ki, yeni gənclər və idman naziri Fərid Qayıbov bir sıra idman qurum rəhbərləri ilə görüş keçirib. Onların heç birində nazirliyin idman üzrə müavini olan İsmayıl İsmayılov iştirak etməyib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub
loading...