Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu qadağa avtobus sürücülərinə də şamil olunacaq - RƏSMİ

Oktyabrın birindən koronavirus infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaq.

Bu barədə Mynews.az-a  Daövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavə var. Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də aiddir:

"Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik. Sürücülər daşıyıcı şirkətlərin əməkdaşları olduğu üçün biz həmin şirkətlərə xəbərdarlıq etmişik. Daşıyıcı şirkətlər müntəzəm və qeyri-müntəzəm marşrut xətlərində dövlət xidməti göstərdiyi üçün həmin şirkətlərə xəbərdarlıq olunub və qərar onlara xatırladılıb. Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD - 19 sertifikatı olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...