Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Baş prokuror yeni şöbə rəisi təyin etdi

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

 Mynews.az qaynarinfo.az-a istinadla bildirir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...