Bakıda oğurlanmış 2 yaşlı uşağın saxlandığı yer tapıldı - ŞOK FAKTLAR - VİDEO

Sabunçu qəsəbəsindən uşağı oğurlayaraq Kürdəxanı qəsəbəsində kirayədə qaldıqları evdə gizlədiblər.
Mynews.az "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 12 gün əvvəl Bakıda Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyev Şıxəliyevlər ailəsinin 2 yaşında oğlunu oğurlamazdan əvvəl plan qurublar.
Şamil Əliyev əvvəlcə uzaq bir qəsəbənin dalanında yerləşən bir ev kirayə tutub.
Uşağı oğurlamaqda şübhəli bilinərək saxlanılan şəxslərə mənizili kirayə verən Dadaşbala Abdulmanafov evdə olmadığından bizi qardaşı Şirinbala Abdulmanafov qarşıladı. Onun sözlərinə görə, qardaşı evi Şamil Əliyevə aylığı 150 manata verib.
Ev sahibinin qardaşı Şirinbala Abdulmanafovun iştrakı ilə uşağın saxlanıldığı evə daxil olduq. Qarşılaşdığımız mənzərə sözün əsl mənasında ürəkağrıdan idi.
Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyevin uşağı hansı məqsədlə oğurlamaları hələ ki, bilinmir. Bu hal istintaqla araşdırılır.
Tükürpədən bu cinayət elə eyni həyətdə kirayədə qalan digər ailələri və ətrafda yaşayan qonşuları da şoka salıb. Şirinbala Abdulmanafov bu hadisənin təsirindən hələ çıxa bilmədiiklərini deyir.
Xatırladaq ki, uşağı oğurlamaqda şübhəli bilinən Şamil Əliyev və uşağın atası Elgün Nəsirov saxlanılaraq istintaqa cəlb ediliblər. Gültəkin Muradova barəsində isə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Üç aydan sonra, yəni istinaqın yekununda bu cinayətdə təqsirli bilinən şəxslərin işinə baxılması üçün toplanan material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Cəmiyyət
- Pensiya alanlara ŞAD XƏBƏR
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO
- "İlkin azadlığa çıxacaq, ayın 24-də..." - Qardaşından xoş xəbər
- Azərbaycanda yeni cərimələr tətbiq ediləcək - 20, 50, 100 AZN...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO 1122 dəfə oxunub
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO 1120 dəfə oxunub
- Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA 1086 dəfə oxunub
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB 1073 dəfə oxunub
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI 1031 dəfə oxunub