Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toylar yenidən bağlanacaq? - Deputatlar danışdı

Son günlər koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. Qeyd edilir ki, yoluxanlar arasında "Omikron” ştamı üstünlük təşkil edir. Ötən günlərdə yoluxma sayı 6 mindən yuxarıdır.

Mynews.az azxeber.com-a istinadla bildirir ki, bəs koronavirusun bu cür artdığı bir vaxtda toylara yenidən qadağa qoyulmalıdırmı?

Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, hələ ki, qapanmalara, toyların bağlanmasına ehtiyac yoxdur:

"Yenidən qapanmaların olması, toyların bağlanması kimi məsələlər son günlər çox qabardılır. Ümumiyyətlə, yoluxma sayı artan kimi qapanmalara getməyə o qədər də ehtiyac yoxdur. Çünki hazırki koronavirusun tipi "Omikron” tipli virusdur. İnsanların çoxu bunu ayaq üstə keçirir, müəyyən müalicələr alırlar. Ona görə də, hesab edirəm ki, ciddi qapanmaya, bağlanmaya ehtiyac yoxdur. Ciddi qapanma eyni zamanda çox ciddi fəsadlara gətirib çıxarır. Azərbaycanın iqtisadiyyatına böyük təsir göstərir, insanlar işləmirlər və s. bu kimi problemlər ortaya çıxır. Yəni bağlanmaların mənfi tərəfləri də kifayət qədərdir. Bu səbəbdən hələ ki, hər hansı bağlanmaya ehtiyac yoxdur”.

Deputat Aqil Abbas açıqlamasında bildirib ki, yoluxma bir qədər artsa da, toyların bağlanmasına ehtiyac yaranmayıb:

"Artım çox sürətlə davam edir, buna görə də insanlar özləri-özlərini gözləməli və vaksinasiya olunmalıdırlar. Amma yenidən toyları bağlamaq, mənə elə gəlir ki, gərəksizdir. Çünki insanlar toylara kovid pasportu ilə buraxılır, hər stolda da 6 nəfər olur. Buna görə də, toyları yenidən bağlamaq olmaz, mən buna razı olmaram. İndi virus daha çox "Omikron”dur, o da qrip kimi özünü göstərir. Amma hər halda insanlar özlərini gözləməli və mütləq şəkildə vaksin olunmalıdırlar”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...