Azərbaycanda yeni 10 manatlar belə olacaq - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib.
AZXEBER.COM bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, "Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq.
Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq edilib.
Yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, onların AMB-nin keçmiş sədrinin imzası əks olunub.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemlərinin və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması gedir. Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Cəmiyyət
- Bakıda polis özünü oda ataraq vətəndaşı ölümdən xilas etdi - VİDEO
- Xalq artisti Vaqif Əsədov vəfat etdi
- Azərbaycan "Eurovision"da səsvermədən kənarlaşdırıldı
- Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?
- Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olundu - VİDEO
- Əhaliyə ŞAD XƏBƏR - Pensiya yaşı azaldıla bilər - VİDEO - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1141 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1082 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1075 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1071 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1058 dəfə oxunub