Komitə sədri təsdiqlədi - Pensiya və müavinətlər artırılacaq - VİDEO

Pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır..
Mynews.az-ın məlumatına görə, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.
Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib.
Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1117 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1113 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1112 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1062 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1057 dəfə oxunub
loading...