Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb

Teleaparıcı Zaur Kamala həmişəlik efir qadağası qoyulması haqda tələblər səslənir.
Bu ictimai tələb "Həmin Zaur” proqramının ötəngünkü buraxılışında Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovmasından sonra başlayıb.
Həmin görüntüləri izləyən cəmiyyətin tanınmış simaları hazırda sosial şəbəkələrdə teleaparıcının dəfələrlə canlı efirdə efir qaydalarına uyğun olmayan hərəkətlər etdiyini əsas gətirərək ona efir qadağasının qoyulmasını, Azərbaycan teleməkanından uzaqlaşdırılmasını tələb edirlər. Hətta onun həmkarları da bu tələbi səsləndirir.
Bildirək ki, ötən gün baş verən hadisə zamanı Zaur Kamal efirdən əvvəl Afşin Azəri ilə aralarında olan söhbəti canlı yayımda səsləndirib. Müğənni isə "iki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar" cavabı verib. Sosial şəbəkə istifadəçiləri bunu iranlı müğənninin teleaparıcıya kişilik dərsi keçməsi kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı bu saata qədər hələlik Zaur Kamalın çalışdığı ARB telekanalından hər hansı açıqlama verilməyib. Telekanal rəhbərliyinin bu ictimai tələbə hansı reaksiya verəcəyi maraqla gözlənilir.
///"Yeni Sabah”
Cəmiyyət
- Prezident: “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar”
- Tovuzda elektrik stansiyasında partlayış olub - YENİLƏNİB
- Pensiya alanlara ŞAD XƏBƏR
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1038 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1013 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1010 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1006 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 1003 dəfə oxunub