Azərbaycanda yoluxma sayı artır - Qapanma olacaq?

Son zamanlar dünya ölkələrində koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Bu artım qonşu ölkələrdə, eləcə də Azərbaycanda da görülməkdədir. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı çağırış edərək dünya ölkələrini maska rejiminə qayıtmağa səslədi.
Koronavirusla paralel olaraq sürətlə yayılan meymunçiçəyi xəstəliyi də artıq bütün qonşu ölkələrdə qeydə alınıb.
Bəs bu cür vəziyyət Azərbaycanda yenidən qapanmalara, karantin qaydalarının tətbiqinə səbəb olacaqmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Mynews.az-a fikirlərini bildirib. O, qeyd edib ki, yeni mutasiyanın yayılması və ölkəmizdə də artım dinamikası yaxşı hal deyil:
"Çox təəssüf ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı da, digər ixtisaslaşmış mütəxəssislər də COVID-19 pandemiyasının yeni mutasiyasının yayılması ilə bağlı həyəcanlı xəbərlər yayırlar. Bu, əlbəttə ki, bir sıra qoruyucu və qabaqlayıcı tədbirləri zəruri edir. Təəssüf ki, bəşəriyyət hələ də bu bəladan xilas ola bilmir. Qonşu ölkələrdə, o cümlədən Azərbaycanın özündə də yoluxmaların artma dinamikası müşahidə olunur ki, bu da yaxşı hal deyil”.
Deputat qeyd edib ki, ehtiyac yaranarsa, lazımi qurumlar müvafiq addımlar atacaqlar:
"Azərbaycanın COVID-19-a qarşı çox yaxşı təcrübəsi var. Artıq bu tədbirlərin görülməsi nəticəsində Azərbaycan cəmiyyəti nə qədər öz sağlamlığını qorumağın lazım olduğunun fərqindədir. Ona görə də mən düşünürəm ki, bizim artıq ixtisaslaşmış institutlarımız var ki, bunlar prosesi diqqətlə izləyirlər. Lazım olan qərarlarla bağlı addımlar atacaqlar ki, Azərbaycan vətəndaşlarının da, hamımızın da borcu odur ki, bu tövsiyyələrə, veriləcək qərarlara riayət edək. Çünki biz birinci COVID-19 pandemiyası təcrübəmizdən bilirik ki, biz bunu bacarırıq. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir və belə qərarlar olarsa, ona uyğun addım atmağı bacarmalıdır”.
Quru sərhədləri ilə bağlı da məsələyə münasibət bildirən deputat qeyd edib ki, zərurət yaranarsa, sərhədlərin bağlanması da gündəmə gələ bilər:
"İstənilən halda heç bir ölkə öz quru və hava sərhədlərinin bağlanmasında maraqlı ola bilməz. Çünki bu, iqtisadi fəallığı məhdudlaşdırır, ticarət əlaqələrini məhdudlaşdırır. Əlbəttə, biz də istəmirik ki, belə məhdudiyyətlər olsun. Ancaq şərtlər bunu diqtə edərsə, belə bir zərurət yaranarsa, məcburən sərhədlərin bağlanması da gündəmə gələr. Amma bununla bağlı ən uyğun qərarı müvafiq ixtisaslaşmış qurumlarımız verəcək”.
Cəmiyyət
- Prezident: “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar”
- Tovuzda elektrik stansiyasında partlayış olub - YENİLƏNİB
- Pensiya alanlara ŞAD XƏBƏR
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1035 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1010 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1007 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1003 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 1000 dəfə oxunub