“Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO

Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.
Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Mynews.az xəbər verir ki, Modern.az-ın əməkdaşı "Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.
O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:
"Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.
Cəmiyyət
- Prezident: “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar”
- Tovuzda elektrik stansiyasında partlayış olub - YENİLƏNİB
- Pensiya alanlara ŞAD XƏBƏR
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1034 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1009 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1006 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1002 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 998 dəfə oxunub