Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda elektrik stansiyasında partlayış olub - YENİLƏNİB

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

FHN-dən Mynews.az-ə verilən məlumata görə, yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***22:05

Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...