Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA
Rusiya məhdudiyyətlər tətbiq edir
İyulun 1-dən xarici ölkə sürücülük vəsiqələri ilə Rusiyada işə düzəlmək olmayacaq. İstiPress “İzvestia.ru”ya istinadən xəbər verir ki, bu qanun pozuntusu baş verəcəyi halda sürücüləri 50 min rubl – 1500 manata yaxın cərimə gözləyir. “Yol hərəkətinin təhlükəsizliyi haqqında” qanuna dəyişiklik hələ 2013-cü ildə qəbul olunsa da, nəqliyyat şirkətləri hazır olmadığı üçün icrası yubanırdı. İndi Rusiya Federasiyasının sürücülük vəsiqəsini almaq üçün müraciət edilsə belə, iyula qədər xeyli az vaxt qalır. Bunun üçün mütləq sürücülük məktəbinə qəbul olub, oxumaq və imtahan vermək tələb olunur. “Taksist” Həmkarlar Təşkilatının rəhbəri Yaroslav Şerbinin hesab edir ki, təkcə Moskvada sürücülərin 20 faizi problemlə qarşılaşacaq. Çünki onların əksəriyyətinin vəsiqəsi Özbəkistan və Tacikistanda verilib. Moskva Sürücülük Məktəbləri İttifaqının sədri Aleksandr Açkasov bildirib ki, xarici vətəndaşlar indidən özlərinə “vasitəçi” axtarmağa başlayıblar. Məqsəd həmin imtahanları “keçməkdir”. Çünki onlar heç vaxt sürücülük məktəbi oxumayıblar.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 984 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 949 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 939 dəfə oxunub
loading...