Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TƏCİLİ: Bu gecə hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji cəhətdən səmərəli və təmiz layihələr həyata keçirir və ya belə layihələrə dəstək verir. “Yer saatı” kampaniyasının əhəmiyyətini nəzərə alaraq aksiya müddətində inzibati binanın fasadının işıqları söndürüləcək”. 

Mynews.az xəbər verir ki, bunu istipress-ə açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən bu kampaniya “Azərenerji”nin siyasəti ilə uzlaşır: “Son illər inşa etdiyimiz və yenidən qurulan stansiyaların ekoloji təmiz texnologiyalarla təchiz edilməsinə üstünlük vermişik. Sumqayıt İstilik Elektrik Stansiyasının ekoloji təmizlik üzrə beynəlxalq sertifikat alması da buna bir misaldır. IDEA İctimai Birliyinin irəli sürdüyü bütün təşəbbüslər kimi bu layihə də öz orijinallığı ilə seçilir. Ona görə də bu təşəbbüsü dəstəkləyirik” .

Xatırladaq ki, “Yer saatı” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən ilk dəfə 2007-ci ildə Avstraliyada başladılıb. Aksiya çərçivəsində hər il mart ayının sonuncu şənbə günü ölkələrin əsas inzibati binalarının fasad işıqları 1 saatlıq söndürülür. Bu rəmzi hərəkətlə insanlar enerjiyə qənaət edilməsinə təşviq edilir və kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. Elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır. Hər il 170-dən artıq ölkədən 7 mindən artıq şəhərdə 1 mlrd. nəfər insan bu kampaniyaya qoşulur.

IDEA İctimai Birliyi Azərbaycanda bu aksiya üzrə əsas tərəfdaş hüququ alıb və 2011-ci ildə ölkə bu aksiyaya qoşulub. Bu il “Yer saatı” aksiyası martın 25-i saat 20:30-da Heydər Əliyev Mərkəzinin qarşısında başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...