Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bank of Baku”dan aprel şəhidlərinə hörmətsizlik - “Bizə görə ölməyib ki…”

"Əziz dostlar! Belə bir məlumat öyrəndim ki, aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku” tərəfindən təzyiqlərə edilir.
 
Götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalıb”.
 
Bu açıqlama ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı ilə çıxış edib: "Bankdan onlara deyilir ki, "Nə olsun, bizə görə şəhid olmayıb ki, ölüb, ölüb də, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin. Ailənin isə bu pulu ödəməyə imkanı yoxdur”.
 
İctimai Birlik sədri cəmiyyətə müraciət edərək bu məsələnin ictimailəşdirilməsini, müvafiq qurumların şəhid ailəsinə yadrım etməsini istəyir /Turkustan.info/.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...