Ziya Məmmədov oğlundan danışdı - "Anarın işləri ilə məşğul olmuram"
Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.
Mynews.az xəbər verir ki, o, gununsesi.info-ya bildirib ki, informasiyadan xəbərsizdir: "Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.
Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması haqda məlumat yayılıb. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 976 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 943 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 933 dəfə oxunub
loading...