Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yenə həkim məsuliyyətsizliyi... - Əməliyyat zamanı bunu edərlərmi?!

Son vaxtlar həkimlər arasında da “selfie” xəstəliyi yayılıb. Dünyada əməliyyat masasında çəkdirdiyi fotolara görə, məsuliyyətə cəlb olunan həkimlər çoxdur. Bəs, insanların ölümünə səbəb olan bəzi "ağ xalatlı əzraillər"ə qarşı hansı hüquqi tədbirlər görülür?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında vəkil Asif Abdullayev bunları deyib: “Həkim tələb olunan, üzərinə düşən vəzifələri tam yerinə yetirməyibsə, xəstəyə lazım olan qaydada müalicə təyin etməyibsə, bu halda məsuliyyətdən söhbət gedə bilər. Amma bu məsələ ilə bağlı qanunvericilikdə boşluqlar var. Təəssüf ki, bu da məsuliyyətini dərk etməyən həkimlərin xeyrinədir. Mən hesab edirəm ki, bu sahədə qanunvericilik biraz da təkmilləşməlidir”.

Vəkil Asif Abdullayev əalvə ki, əgər şəxsin üzü tanınacaq formada düşürsə və onun şəkli icazəsiz paylaşılırsa, bu qanunla qadağandır:

"Lakin bu sahəylə bağlı qanunvericilikdə boşluqlar olduğu üçün həkimlərin məsuliyyətə cəlb olunması hələ ki, mümkün deyil ".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...