Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan elminə ağır itki üz verdi - O, vəfat etdi...-FOTO

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov martın 28-də vəfat edib.

Bu barədə Mynews.az-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini olub və 25.11.2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək ADU-nun rektoru vəzifəsini icra edib.

D.Yunusov Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...