Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA
Sumqayıt Dövlət Universiteti tərəfindən martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən tələbələrin ailələrinə yardım edilib.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə qəzadə həlak olan tələbə Nəsibov İbrahimin valideynləri bildiriblər. Onların sözlərinə görə, övladının dəfnində iştirak edən universitet kollektivi və rektoru onlara 500 manat məbləğində pul vəsaiti verib. Məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili təsdiqləsə də məbləği açıqlamayıb. O bildirib ki, vəsait nəğd şəkildə dəfn günündə dünyasını dəyişən tələbələrin valideynlərinə verilib.
Bundan başqa Nəsibov İbrahimin valideynləri Şuşa Rayon İcra Hakimiyyətindən gileyləniblər. Onlar icra başçısı Bayram Səfərovun başsağlığı belə vermədiyini söyləyiblər.
Xatırladaq ki, martın 9-da baş verən qəzada "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub