Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gənclərin metroda öpüşməsi “Facebook”da gündəm oldu - YENİLƏNİB

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşmək istəyən gənclərə sərt reaksiyası sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub.

Bəziləri “onlar cavandır” deyə cütlüyə dəstək verib, bəziləri isə eyni halla rastlaşsalar, X.Səfəroğlu kimi reaksiya verəcəklərini dilə gətiriblər.

Bəs gənclərin metroda öpüşməsinə hər hansı qadağa varmı?

Mynews.az xəbər verir ki, Lent.az metropoliten rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metro istifadəçiləri üçün qanunla tənzimlənmiş davranış qaydaları var və metro rəhbərliyi də bu qaydaların pozulmasına cavabdehdir.

N.Paşayev deyib ki, sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında “öpüşmək” yoxdur:

“Buna qarşı nə isə etmək düzgün olmaz. İnsanlar özləri bir-birini nəzərə almalıdır. Ümumiyyətlə, ictimai yerlərdə asayişin qorunması ilə bağlı qaydalar var. Metroda ictimai asayişin pozulmasına nəzarət edən polis əməkdaşları xidmət göstərir. Əgər kimsə ictimai asayişi pozursa, düzgün davranmırsa, bundan narahat olan sərnişinlər polis əməkdaşına müraciət edə bilər. Əhaliyə də müraciət edərək deyə bilərik ki, insanlar bir-birinə qarşı hörmətli olsunlar”.

11:51

Sosial şəbəkələrdə ötən gündən etibarən “Metroda öpüşmək olarmı?” sualı geniş müzakirə olunur.

Mynews.az Baku.ws-ə istinadla xəbər verir ki, bu mövzunun gündəmə gəlməsinə jurnalist Xəqani Səfəroğlunun yazdığı status səbəb olub. Belə ki, jurnalist uşaqları ilə metroya düşdüyünü və xoşagəlməz vəziyyətlə qarşılaşdığını bildirib: 

 

 

Jurnalistin bu fikirləri qısa zamanda böyük müzakirələrə səbəb olub. Bəziləri ona haqq qazandırsa da, əks fikirdə olanlar da olub. Bir çox tanınmışlar və ziyalılar da bu məsələyə münasibət bildirib. 

Hüquqşünas Əkrəm Həsənov isə məsələyə hüquqi münasibət bildirib. Onun sözlərinə görə, gəncləri Qərb təcrübəsinə istinadən müdafiə edənlər var: 

“Sadəcə, hüquqşünas olaraq xatırlatmaq istəyirəm ki, konstitusiyamızda elə Qərb hüququndan götürdüyümüz “ictimai əxlaq” məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır. O da ola ictimai nəqliyyatda yol gedəndə. İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var (Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir!). Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunması idi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...