4 yaşlı uşağın it qoparan burnu bərpa edildi - Azərbaycanda NADİR ƏMƏLİYYAT -18+ - FOTOLAR
Azərbaycan estetik cərrahiyyəsində beynəlxalq konfranslarda nümumə göstərilən nadir əməliyyatlardan biri həyata keçirilib. Azyaşlı uşağın it qoparmış burnu geri qaytarılıb.
Mynews.az saytı xəbər verir ki, iki ay öncə 4 yaşlı uşağın burnunu it dişləyərək qoparıb. Burunun sol yarısının aşağı 3/2 hissəsini it tamamilə qoparıb və burun sümüyü açıqda qalıb.
Estetik və Plastik cərrahiyyə uzmanı Op.Dr. Mircəfər Seyid tərəfindən uşağın burnu mikrocərrahiyyə əməliyyatı ilə itirlmiş burun geri qaytarılıb. Cərrah əməliyyat barədə qeyd edib ki, burun sümüyündə açıqda buraxan deffekt olduğu məlum oldu, burun çevrəsindəki yumşaq toxumalar dişlənib zədələndiyi üçün yerli toxumalarla bərpa olunmadı.
Deffektin bərpası üçün sağ körpücüküsü nahiyyədən FREE SUPRACLAVİCULAR FLEP (körpücüküstü nahiyyədən mikrocərrahiyyə ilə sərbəst toxuma köçürülməsi) əməliyyatını həyata kecirib.
''Köçürülən toxumanı mikroskop vasitəsi ilə üzdəki Angular arter və vena anastomoz edildi. Onu qeyd edim ki, əməliyyatın texniki çətinliklərindən biri də uşağın 4 yaşı olduğundan anastomoz olunacaq damarların 1 mm-in altında olması idi. Mikrocərrahiyyə əməliyyatı ilə uşağın travma nəticəsində itirilmiş burnu geri qaytarıldı. Türkiyədə Uzmanlıq təhsilim illərində müəllimlərim ilk öncə rekonstruktiv cərrahiyyə və mikrocərrahiyyə təhsili verməyi üstün tuturdular, çünki rekonstruktiv cərrahiyyə və mikrocərrahiyyə Plastik Cərrahiyyənin təməlini təşkil edir. Onu öyrənmədən olunan estetik cərrahiyyə təhsili yarımçıq hesab olunur. İndi düşünürəm ki, həqiqətən də bu iki sahə bir-biri ilə nə qədər bağlıdır..'', - deyə M.Seyid qeyd edib.
criminal.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 970 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub