Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əri onu evdə əsir kimi saxlayırdı, zülm edirdi... " - İntihar edən məmur arvadı ilə bağlı ŞOK

Xəbər verdiyimiz kimi, martın 30-da Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı Natavan Allahverdiyeva yaşadığı evin tualetində özünü asaraq həyatına son qoyub.

Mynews.az
xəbər verir ki, BiG.AZ  3 uşaq anası olan Nohurqışlaq kənd sakini Natavanın intiharının təfərrüatları ilə bağlı məlumatlar əldə edib.

Mərhumun adının çəkilməsini istəməyən yaxın qohumu məmur xanımının ölümü ilə bağlı bəzi sirlərin üstünü açıb. O, Natavanın özünə qəsd etməsində onun həyat yoldaşı Arifi təqsirli hesab edib:

"Kənddə hamı Arifə qarğış edir ki, Natavan kimi qadının qədrini bilmədi. Natavanın ailə problemləri var idi. Əri ilə aralarında tez-tez dava-dalaş olurdu. Onun həyat yoldaşı Arif Allahverdiyev vəzifəli şəxsdir, Qəbələ rayon icra hakimiyyəti başçısının müavinidir. Toyları 1995-ci ildə Nohurqışlaq kəndində olub. Natavanı evdə əsir kimi saxlayırdı. Ona əziyyət verirdi. Sıxıntıları çox olurdu. Arif Natavanın valideynlərini, qardaşını, qohumlarını evə gəlməyə qoymurdu. Natavan kasıb ailənin qızı olub, ona görə də onunla xanımı kimi deyil, nökəri kimi davranırdı. Həyatında saysız-hesabsız fahişələr var idi. Buna görə də Natavan bir neçə dəfə də intihara cəhd edib. Təxminən 3 ay bundan əvvəl də zəhər içib özünə qəsd etmişdi, amma ölmədi, onun həyatını xilas etmək mümkün oldu.

Natavanın 3 övladı var: iki oğlan, bir qız. Qızının 4 yaşı var, böyük oğlu universiteti də, əsgərliyi də bitirib. Kiçik oğlu da hazırda tələbədir, institutda təhsil alır. 

Həmin gün hadisə belə baş verib: Böyük oğlu görüb ki, anası gözə dəymir. Dostları, evin qulluqçusu ilə birgə hər yeri axtarıb, amma tapa bilməyib. Ən sonda isə həyətdəki tualetin qapısını açıb, görüb ki, anası asılı vəziyyətdədir. Natavanı xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Sən demə, evlərinin yanında mağazaları var. Gedib oradan kəndir alıb. Heç kimin ağlına gəlməyib ki, kəndirlə həyatına son verəcək. Kənddə hamı Arifin Natavana zülm etməsindən danışır. Hamı ona qarğış edir ki, elə qadının qədrini bilmədi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...