Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bacım evlənəcəkdi, ona cehiz almağa..." - Əsgərimizin son sözləri ÜRƏK DAĞLADI

Xəbər verdiyimiz kimi, yanvarın 29-da ordumuzun əsgəri Fəttayev Xanəli Qəribəli oğlu dünyasını dəyişib.

Əsgərimizin son statusu ürəkləri dağlayıb.

Olduqca çətin, kasıb həyat sürdüyünü söyləyən mərhum əsgərimizin statusunu təqdim edirik:

"6-cı sinifdə oxuyurdum. Hər səhər saat 5-6-da durar, belimdə çəkisi ağır içi boş kitablarla dolu məktəb çantası əlimdə 10-15 kilo yüklə düşərdim küçələrə. Ucuz qiymətə aldığım sellofan paketləri dükanlara satıb sonra məktəbə gedərdim. Payız leysanının yaratdığı palçıqda, qışın şaxtasında hər gün davam edərdi bu. Özüm üçün bir saqqız almağa belə qıymırdım. Bacım evlənəcəkdi. Cehiz almağa kömək edərdim evə. Axı qardaş idim..."
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...