Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

185 kiloqram olan qadın prezidentdən kömək istədi - FOTOLAR

Türkiyənin Kilis bölgəsində yaşayan 53 yaşlı Hatice Civelek artıq çəkidən əziyyət çəkir.

Mynews.az 
-ın məlumatına görə, 6 uşağı, 13 nəvəsi olan Hatice 185 kiloqram çəkiyə çatıb və o, bu xəstəlikdən xilas olmaq istəyir.

Müalicə olunmaq üçün maddi imkanının çatmadığını bildirən qadın rahat nəfəs ala bilmir, yatmır, yeriyə bilmir, gecə-gündüz süni nəfəs aparatına bağlı olaraq yaşayır. O, son çarə kimi ölkə prezidenti Rəcəb Tayyip Ərdoğandan, Səhiyyə nazirindən yardım istəyib:

"Səsimi eşitsinlər. Hər gün ölürəm, sürünürəm. Astma xəstəsiyəm, 2 dəfə ürək əməliyyatı keçirmişəm, 4 dəfə qolum sınıb. Qolumda, ayağımda platin daşıyıram. Evimi satışa qoydum, borcla aldığım evi sata bilmirəm. Müalicə üçün dərman qəbul etdim, 10 kiloqram daha kökəldim".

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...