Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metronun “20 Yanvar” stansiyasında qatar sərnişini vurdu - YENİLƏNİB - FOTOLAR

Bu gün Bakı metrosunda təhlükəsizlik xəttini keçdiyi üçün qatarın zərbəsi ilə yaralanmış qadın 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Mynews.az xəbər verir ki, xəstəxanın baş həkimi Ədalət Dadaşov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Adıgözəlova Rəfiqə Zeynəlabdin qızına “qapalı kəllə-beyn travması, topuğun sınığı” diaqnozu təyin edilib və xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib.

Baş həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilsə də, həyatı təhlükəsi yoxdur.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

13:24

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

Mynews.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərdən biri məlumat verib.

Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...