Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş ANS-çilərlə bağlı elə xəbər yayıldı ki...

ANS telekanalının bağlanmasından təxminən bir ilə yaxın vaxt ötür. Bir neçə ay ərzində ANS-çilər təmsil etdikləri kanalın yayımının bərpa olunacağına ümid edərək iş axtarmayıblar. Artıq bir neçə ay işsiz qaldıqdan sonra əməkdaşların bir qismi iş axtarmağa başladılar. Kimisi iş tapdı, kimisi isə işsiz qaldı.

Maraqlıdır, indi ANS-çilərdən kim işsizdir?

ANS-ın sevilən bölgə müxbiri Aytəkin Alxaslı ilə əlaqə saxladıq: "Çox yaralı yerimə toxundunuz. Hazırda ürəyimdə ANS yanğısı ola-ola İstipress.az saytında işləyirəm. Təsisçimiz Sevda Həsənovadır. ANS-in sabiq əməkdaşları da orada cəmləşib. Əksəriyyəti işsizdir. Məsələn, elə Nigar Mahmudova, Afət Telmanqızı, İlkin Kərimov, Səbinə Ağayeva, Rəşad Abbasov işsizdir".

Kriminal verilişinin növbətçi müxbiri Sərxan Kamallı isə mətbuatdan tamamilə uzaqlaşıb. A.Alxaslının sözlərinə görə istipress.az saytında qazanc aşağıdır: "Burada gəlirimiz çox cüzidir. İşləyən keçmiş ANS-çilər də məcburiyyət qarşısında qaldıqları üçün başqa yerlərə üz tuturlar. İşləməyən əməkdaşlarımız isə yəqin ki, boşluğu doldura bilmədikləri üçün gələn təklifləri dəyərləndirməyiblər. ANS-in öz tarixi vardı, hər il 31 mart sıyqırımı günündə Quba məzarlığından canlı reportaj hazırlayırdıq. ANS bağlandığı üçün heç bir telekanal bu ənənəni davam etdirmədi".

Keçmiş ANS-çilərlə bağlı elə xəbər yayıldı ki...

Cebhe.info

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...