Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qardaşı qızını qaçırdığı deyilən şəxsin bacısı - “Açığı bir ara qardaşım, Günel və onun qardaşı yoxa çıxmışdılar...”

Həmidə Səfərova: “O ailəni istəmirəm”

Könül Rüstəmova: “Bu qadın bizim ailəyə gələn ilk gündən bəri polislərlə çəkişib”

Artıq bir neçə gündür ki, Gəncədə baş verən tükürpədici hadisə ölkə gündəmini zəbt edib.3 uşaq atası Həsən Səfərovun öz qardaşı qızını qaçırması barədə məlumatlar ictimaiyyətdə geniş müzakirələrə yol açıb.Ərinə qarşı bu cür iddialarla mətbuata açıqlama verən Həmidə Səfərova bu dəfə dəCebhe.info-ya ilginc məlumatlar açıqlayıb. 

 “Canım Həsənim, keçmişini unut, gələcəyinə bax”

Həmidə Səfərovanın sözlərinə görə, əri ilə bağlı iddialarla çıxış etdiyi üçün həyat yoldaşının qohumları tərəfindən hazırda təzyiq və təhdid altındadır: “Mənim həyatım təhlükə altındadır. Övladlarımla çarəsiz durumum bir yana, indi də ölüm təhdidləri  alıram, evin içində rahat otura bilmirəm. Elə bilirəm ki, hər an gəlib məni öldürəcəklər. Hətta ərimlə qaçan qardaşı qızı Günelin həyat yoldaşı da təzyiq altındadır. Dəfələrlə efirə çıxmaq istəyib, amma təhdid olunduğu üçün çıxa bilmir. Artıq Həsən öz həyatını seçib, o, mənə lazım deyil. Dəfələrlə bizi barışdırmağa çalışdılar. Amma bu adam vicdansızdır, vicdansız adamı isə mən artıq istəmirəm.

Çıxıb mətbuatda mənim əleyhimə danışır, ağzınagələnləri deyir. Halbuki onun qardaşı qızı ilə münasibətləri həqiqətdir. O, getsə də kompyuteri evdə qalıb. Kompyuterdə son danışıqlarını oxumuşam. Günellə sonuncu dəfə martın 8-də danışığı olub. Yazışmaları da durur. Qız yazıb ki, canım Həsənim, keçmişini unut, gələcəyinə bax. Günel bu dəqiqə də Həsənin yanındadır. Həsənin xalası qızı var, adını çəkmək istəmirəm. Qız onlara kömək edir. Deyir sizi bu işdən qurtaracağam. Mən itirdiklərimi itirmişəm. Onunla hardasa barışardım. 6 il beləcə ömrümü çürütdüm. Bu hərəkətindən sonra isə onu qəbul etmirəm. Sadəcə özümün və övladlarımın təhlükəsizliyinin təminatı üçün dövlətin nəzarətini istəyirəm. Üç uşaqla dolanmaq, bir qırağa çıxmaq istəyirəm. Onlara həm ana, həm ata olacağam. Bunlar çox əxlaqsız nəsildirlər. O ailəni istəmirəm. Hər günümü qorxu ilə keçirirəm. Xahiş edirəm məni qurtarın. Getməyə yerim yoxdur. Mən çox qorxuram, Gəncədə yaşamaq istəmirəm. Gəlin görün mənim evimdə qapı var? Həsən o qədər vicdansızdır ki, evdə olan bütün cer-cehizimi satıb, evdə heç nə qalmayıb”. 

“Toyuq başı deyil ki, kəsim atım...”

Həmidə Səfərova həyat yoldaşının üçüncü uşağın ondan olmaması iddiasına belə cavab verib: “Çıxsın, bunu təsdiq eləsin. Mən həmişə hazıram. O, sadəcə alimentdən qaçır. Üçü də onun övladıdır. Uşaqların hər üçü Həsənin adına gedir. Əgər elə deyilsə niyə atalığını təsdiq edib? Öz qardaşı qızına tamah salan insan elə bil ki, öz balasına gözü düşür. O insanın yaşamağa hüququ yoxdur. Məhkəməyə boşanmaq üçün ərizə verəndə onları sıxışdırırdı ki, tez məni boşayın. Məhkəmə də deyirdi ki, bu, toyuq başı deyil ki, o dəqiqə kəsim atım, müddətimiz var. Mən isə bütün məhkəmələrdə iştirak etmişəm. 2011-ci ildən 2016-cı ilə qədər Həsənlə bir yerdə yaşamışıq. Bir də 2017-ci ilin bu araları bir yerdə olmuşuq. 2016-cı ilin avqust ayında Həsən məni anamgilə göndərdi. Hamilə idim, uşağın inkişafı ilə bağlı müalicələr alırdım. Elə oradaca mənə boşanma ərizəsi gəldi. Ondan sonra münasibətlərimiz soyudu. Mən çox cəhdlər etdim ki, ailəmiz dağılmasın. Amma Həsən yola gəlmədi”.

İstədim ki, “üzlərinə tüpürüm,  sonra dedim ki, lənət sənə kor şeytan”

Həmidə Səfərova deyib ki, müəyyən vaxt onların münasibəti düzəlib və bir yerdə yaşayıblar. Bu zaman isə o,  həyat yoldaşının qardaşı qızı ilə münasibətlərinin olduğundan şübhələnib: “Həsən yalandan deyir ki, özü Şəmkirdədir, qız isə Bakıda qardaşının yanındadır. Belə deyil. Mənim məlumatlarım var ki, onlar bir yerdə Gəncədədirlər. Molladan kəbin kəsdiriblər. Mollanın adını çəkmək istəmirəm.  Amma bu faktdır. Hətta mollanı kəbinə görə ölümlə təhdid də ediblər. Günelin doğum haqqında şəhadətnaməsi ilə yoldaşımla kəsdirdiyi kəbin kağızı məndə var. Belə bir qanun da yoxdur ki, əmi qardaşı qızı ilə kəbin kəsdirsin.  Onları  bacımın yoldaşı bir vaxt Həsənlə qaldığım kirayə evdə görüb. Deyir istədim ki, üzlərinə tüpürüm,  sonra dedim ki, lənət sənə kor şeytan. Əgər kişidirsə, üzü varsa çıxsın üzə...Gəlsin məni nikahından çıxarsın, rahat buraxsın”.

Həmidə Səfərova baldızı ilə bağlı da maraqlı məqamlar açıqlayıb. O deyib ki, baldızı ilə Həsən barədə danışıqları olub. Baldızı Həmidəyə deyib ki, Həsən artıq hamımızın üz qarasıdır. Sən həyatına bax, gediblərsə, rahat burax...

“2016-cı ildə Xoşqədəmin verilişinə çıxmışdı”

Qalmaqalda adı hallanan Həsən Səfərovun bacısı Könül Rüstəmova isə Cebhe.info-ya açıqlamasında qardaşı ilə bağlı ortaya atılan iddiaların həqiqətəuyğun olmadığını deyib. O, qeyd edib ki, bütün bu yayılanlar sadəcə Həmidə Səfərovanın uydurmalarıdır, qadın həyat yoldaşına şər atıb: “Bunların heç biri həqiqət deyil. Bunlar bizi biabır etmək istəyirlər.  Çox utancverici bir vəziyyətdə yaşayırıq. Hər kəs bu məsələ ilə bağlı açıqlama istəyir. Anlada bilmirik ki, yayılan xəbərlər uydurmadan başqa bir şey deyil. Bu qadın bizim ailəyə gələn ilk gündən bəri polislərlə çəkişib. 2016-cı ildə Xoşqədəm Hidayətqızının verilişinə çıxmışdı və anamı ora çağırmışdı ki, Lətifə Səfərova məni evinə yaxın qoymur.  Əgər qardaşımla bağlı bu söhbət var idisə, elə həmin verilişdə də məsələni açıqlayardı. Anama ölən gününə qədər zülüm çəkdirdi. Dəfələrlə polislərə və bütün kanallara çağırılırdı. Verilişlərə getməkdən anam iki dəfə insult keçimişdi. Qadın neçə dəfələrlə anama əl də qaldırıb. Anam öləndən sonra isə xalalarım istəmədi ki, Həmidə o evə qayıtsın. Bir sözlə bu qız ruhi xəstədir. Öz övladlarına işgəncələr verirdi, anam qarışanda isə polisə müraciət edirdi. Dilindən ərizə yazırdı ki, daha şikayət etməyəcəm, amma yenə təkrar olunurdu. Anamın ölümünə səbəbkar o qızdır”.

Bir ara onlar yoxa çıxmışdılar...

Könül Rüstəmova deyib ki, qardaşı ilə bağlı bu bıabırçı olaydan bütün ailələri narahatdır: “Günlərdir ki, yata bilmirik. Bu bıabırçı olayla bağlı məlumatları sosial şəbəkələrdən izləsəm də, mediaya çıxışım mümkün olmurdu. Özüm də evdən çıxa bilmirəm, şəhəri yaxşı tanımıram. Həyat yoldaşımın şəklini sosial şəbəkələrdə paylaşıb, pis rəylər yazırlar. Hamısı bizi barmaqla göstərir. Lazım gəlsə məhkəməyə də müraciət edəcəyik. Niyə yoldaşımın şəkli ona xəbər olunmadan çəkilib? Yoldaşımdan soruşulub ki, olay həqiqətdir, ya yox. Yoldaşım da deyib ki, belə bir şayiələr eşitmişəm, amma inanmıram. “İnanmıram” sözü oradan çıxarılıb və eşimişəm qalıb. Bu məsələ bizi çox incidir. Qardaşım hazırda Gəncədədir. Bu məsələ ilə bağlı Polis İdarəsində izahat verirlər, araşdırmadadırlar. O, çox narahatdır, deyir bu məsələ bitsin, adam arasına çıxa bilmir. İntihar etmək istəyir.Onların arasında heç vaxt münasibət olmayıb. Açığı, bir ara qardaşım, Günel və onun qardaşı yoxa çıxmışdılar və bizdə şübhə yarandı ki, bunların arasında nəsə var. Buna biz narazı idik. Həmin vaxt Həmidə mənə də söz atmışdı ki, qardaşım Güneli götürüb gedib. Mən də ona dedim ki, əgər belə bir biqeyrətlilik varsa, Allah ikisini də öldürsün. Amma  sonra məlum oldu ki, Günel öz qardaşı iilə ayrı qalır. Sadəcə polis dəqiqədə onun evinə gəlirdi deyə, qardaşım evə gəlmək istəmirdi. Mən bildiyim qədər onların münasibəti yoxdur. Yenə dəqiqini onların özləri açıqlaya bilərlər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...