Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əşi yazmışam ki, məni rahat tapsınlar..." - Qəbiristanlığa nömrə yazan molla - VİDEO

Molla öz nömrəsini divar boyu 15 yerə yazıb.

Babək prospektindəki qəbiristanlğın divarı mollanın nömrərləri ilə doludur. Özü də divarın yola baxan hissəsində. Həm də kortəbii yazılış şəklində.

Molla hətta xristianların dəfn olunduğu əraziyə də nömrə yazmağı unutmayıb.
Bu kreativ mollanı tanımaq istədik. Yazdığı nömrəyə zəng etdik.

Bilmirik hardan, amma molla divarı yazdığına görə onu axtardığımızı artıq bilirdi: "Hə nömrəmi yazdiğima görə gəlmisiz? Əşi yazmışam ki, məni rahat tapsınlar. Ona görə məni çox tənbeh ediblər, amma yazmışam daa".

Din xadimi, İmam Rza məscidinin axundu Hacı Mirhəmiddən mollanın bu hərəkətinə münasibət öyrəndik.

Din xadimi qəbiristanlıq divarını yazmasını həm qanuni, həm də mənəvi tərəfdən belə qiymətləndirdi: "Qəbristanlıq hamımızın hörmət etməli olduğumuz yerdir. Çünki orda hamımızın yaxınları yatır. Digər tərəfdən, qanunla divarları korlamaq qadağandır. Hələ bunu molla edirsə, ümumiyyətlə olmaz. Bu həm də özünü reklam deməkdir. Reklam üçün də icazə almaq lazımdır. Heç kimin haqqı yoxdur ki, nömrəsini divarlara yazsın".
Divar yazan molla yəqin ki, din xadiminin məsləhətlərindən yararlanar. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...