Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə Mübariz İbrahimov haqqında film çəkilir - VİDEO

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edən film çəkib.

Mynews.az xəbər verir ki, “Youtube” sosial şəbəkəsində “Mübariz” adlı filmin ilk treyleri yayılıb.

Film 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...