Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AZAL biletlərin alınması zamanı problem yarana biləcəyinə dair xəbərdarlıq edib - VİDEO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Amadeus" sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.

"Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: [email protected]",- deyə məlumatda bildirilir.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.

Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...