Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Prezident onların xalqdan oğurladığı pulları burunlarından tökəcək..."

“Hazırda müşavirlərim və müavinlərimlə bölgələrə səfərə çıxmışam. Burada görüşlərimiz davam edir. Siyasi şuramızın geniş formatda iclası keçirildikdən sonra biz özümüz təkcə mitinqlər keçirməyə qərar verə bilərik.” 

Mynews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, demokratik dövlət olan Azərbaycanda mitinqlərin keçirilməsi çox normal haldır:

“Namizəd Səfərov məni bu mitinqə dəvət etdi, ona təşəkkür edirəm. Qeyd edim ki, mən bu ölkə uğrunda canımı fəda edib həbs olunub siyasi məhbus olanda Namizəd Səfərov mənim vəkilim olub. Azərbaycan demokratik dövlətdir, burada mitinqlərin keçirilməsi də normal haldır. Biz də mitiq keçirməyi planlaşdırırıq. Hakimiyyət daxilində olan "Qocalar evi" bu mitinqə ciddi dəstək verir. Biz öz mitinqlərimizdə bu barədə məlumat verəcəyik. Milli Şuraya şəhərin mərkəzində metropolitenin 5 addımlığında növbəti mitinqini keçirəcək. Ümid edirəm onlar gedib başqa yerlərdə deməyəcəklər ki, “Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdu”. Biz isə özümüz mitinq keçirəcəyik. Mitinqimiz xalqımızı talan edən, prezidentə xəyanət edən məmur təbəqəsinə qarşı olacaq. Biz Ziya Məmmədovun əməlləri barədə məlumat verdik, prezident onu vəzifədən kənarlaşdırdı. Onun qudası Heydər Əsədov da ölkəyə ciddi zərbələr vurmaqdadı. Bütün rüşvətxor məmurlar bilməlidir ki, prezident onların xalqdan oğurladığı pulları hamısının burunlarından tökəcək. Ona görə də bu məmurlar təxribatla məşğuldular. Ölkənin sərvətini talayan məmurlar hər şeyi prezidentin üstünə atırlar. Bu məmurlar həbs edilməlidir. Biz rayonlardayıq, bu məmurların iç üzünü açıb göstəririk, eyni zamanda cənab prezidentin təbliğatı ilə məşğuluq. Hazırda Ağstafadayıq, insanlarımızın dərdini dinləməkdəyik. Mitinq keçirənlərə məsləhətim odur ki, onlar da bu məmurların üstünə getsinlər. Gəlin əl-ələ verək prezidentin ətrafını bu məmurlardan təmizləyək. Mən sizi inandırıram ki, biz prezidentin ətrafında birlik yaratsaq ölkəmiz bir neçə ilə həm Qarabağı qaytaracaq, həm də regionun əsas lider dövləti olacağıq”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...