"Onsuz da insanların aldıqları pul heç nədir, heç olmasa onları incitməyin" - Millət vəkili
Yevda Abramov: Onsuz da insanların aldıqları pul heç nədir, heç olmasa incitməyin"
"Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Deputat bildirib ki, bizdən asılı olmayaraq dünyada gedən inkişaf kataklizmalarından devalivasiya bizə hədiyyə düşüb.
"Heç olmasa bu zaman etməyin də. Heç olmasa xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrindən insanları incitməyin! Onsuz da insanların aldıqları pul heç nədi. Heç olmasa Azəriqaz, Azərsu, Azərişıq insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər attığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki: hakimiyyətin yeganə mənbəyi xalqdır! Əgər hakimiyyət xalqındısa, xalqa xidmət etmək lazımdır”. // Modern.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 957 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 928 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 918 dəfə oxunub