Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kişi intim görüntülərinə görə 108 min manat ödədi

Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

///Report

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...