Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

117 yaşlı sakin:"İndinin insanlarında heç bir mehribançılıq qalmayıb"

Oğuz rayonu uzunömürlülər diyarı kimi tanınır. Hazırda Oğuzda yaşı 100-ü ötmüş 5 nəfər yaşayır. Onlardan biri də 117 yaşlı Kərimova Zeynəb Əhməd qızıdır. 

Mynews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Zeynəb nənə həm də Azərbaycanın ən uzunömürlü sakinlərindən biri hesab olunur. 

1900-cü ildə Oğuzun Qarabulaq kəndində anadan olmuş Z. Kərimova, hazırda rayonun Astraxanovka kəndində yaşayır. Zeynəb nənənin 11 övladından üçü sağdır. 

Onun 7 nəvəsi, 7 nəticəsi və 5 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, Zeynəb nənə hazırda özünü gümrah hiss edir, ev işlərini özü sərbəst görə bilir, gözləri yaxşı görür, hətta tikiş tikmək üçün iynəni belə, özü saplayır. 

Bütün insanlar onun uzunömürlülüyünün sirrini öyrənməyə çalışırlar. Onunsa cavabı çox sadədir: “Bizim gücümüz bu dağlardadır”. Zeynəb nənə 117 yaşı olmasına baxmayaraq, bu günə kimi səhhətindən heç bir şikayəti olmadığını deyir. Hətta, bütün rayon üzrə əhalinin dispanserizasiyası ilə əlaqədar Zeynəb nənə həkim müayinəsindən keçirilib və səhhətində heç bir problem qeydə alınmayıb. Zeynəb nənə hər söhbətində indinin insanlarının çox dəyişdiyini, heç bir mehribançılığın qalmadığını və indiki insanların sağlamlıq baxımından çox aciz olduqlarını bildirir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...