Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu avtobusların son dayanacaq yeri - DƏYİŞDİ

Paytaxtın inzibati ərazisində əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib.

Mynews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev  APA-ya bildirib ki, dəyişikliyə əsasən aprelin 15-dən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobuslarının son dayanacaq məntəqəsi "Lökbatan" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. Sərnişinlər "Lökbatan" Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər.
 
"Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci kilometr Bayıl dairəsində müşahidə edilən sıxlığın da aradan qalxması baxımından da əhəmiyyətlidir", - deyə M. Ağayev bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...