Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da ilin ən yaxşı avtomobili seçildi – FOTO

Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində keçirilən “İlin ümumdünya avtomobili” müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.

Bu model “Audi Q5” və “Volkswagen Tiguan” avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...