Kəbirə Məmmədovanın ailəsindən 3 nəfərin diri-diri yandığı qəza ilə bağlı açıqlama
Bu gün Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ailə üzvü açıqlama verib.
Mynews.az xəbər verir ki, Sonxeber.az-a açıqlama verən K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov deyib ki, “VAZ-2104”-ün sürücüsü Gülağa Quliyev onun qonşusüdur.
“Şəkilləri yayılan “Mercedes” markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Adı çəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adındadır. Lakin maşın şirkətin balansındadır. Klinika hazırda təmirdədir”.
V.Məmmədov əlavə edib ki, G.Quliyev onun qapıbir qonşusudur, 1973 təvəllüdlüdür. Ata –anası vəfat edib. İki qızı var: “Ailəsi hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O, bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır kömək edəcəyik”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 944 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 916 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 908 dəfə oxunub