Daha bir nazirin səlahiyyətləri əlindən alındı - TƏCİLİ
Hökumət qərar verdi - Əbülfəs Qarayevin səlahiyyətləri icra başçılarına verildi
Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
Qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahıs”ndan çıxarılıb.
Mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.
Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 987 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub