Gəlinin toy günü qaçması ilə bağlı - təfərrüatlar
Gəlinin sevdiyi oğlanla qaçdığı bildirilir.
Aprelin 15-də İmişlidə gəlinin toy günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb.
Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.
Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 999 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 961 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 951 dəfə oxunub
loading...