Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramil Usubov əmr imzaladı - DİN-də yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Mynews.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, İ. Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...