Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda şagirdləri döyən müəllimin görüntüləri yayılıb - VİDEO

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib. Görüntülərdə müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

 Mynews.az məlumat verir ki, Xəzərxəbər.az-ın əməkdaşları məsələni araşdırmaq üçün həmin kənddə olub və hətta elə həmin müəllimin özü ilə görüşüb. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamayıb.

Məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

Təhsil Nazirliyindən məsələyə rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində edilən bir neçə cəhdə baxmayaraq, rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb. 

Həmin görüntüləri təqdim edirik: 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...