Azərbaycanlı məmurun qızının 400 min dollarlıq toyu - VİDEO
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel və kürəkəni Oktay barədə yayılan xəbər artıq bir neçə gündür ki, oxunma rekordu qırır. Onların lüks toy mərasimləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bahalı həyat tərzi sürən gəncləri tənqid edənlər də, onları müdafiə edənlər də var.
Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, Aysel ilə Oktayın “Love Story” və toy fotolarını çəkmiş fotoqraf Həmidli Həmid “LuxLife” saytına açıqlamasında bildirib ki, cütlük haqqında yayılan xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Aysel ilə Oktay daim yardıma ehtiyacı olan insanlara əl uzatmaqları ilə seçilib.
“Onlar haqqında bu cür söz-söhbətlərin yayılması doğru deyil. Aysel ilə Oktayı əvvəllər, sadəcə, müştəri kimi tanıyırdım. Lakin sonralar daha yaxından tanıdıqca necə yaxşı insanlar olduğunu gördüm və münasibətlərimiz müştəri münasibətlərindən dostluq münasibətlərinə keçdi. İndiki halda onlar yayılan söz-söhbətlə bağlı açıqlama vermirlər. Düşünürəm ki, susmağın özü də bir müdriklikdir. İnşallah, bu söz-söhbət sona çatacaq və onların bir-birinə qarşı olan sevgiləri hər şeyə qalib gələcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilirdi. Maldiv adalarında istirahət, bahalı avtomobillər, özəl yaxtaların istifadə edildiyi videoçəkiliş isə görənləri heyran edir.
Cəmiyyət
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1177 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1144 dəfə oxunub
- Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb 1002 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 950 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 941 dəfə oxunub