Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Facebook” istifadəçilərini avara adlandıran deputatın səhifəsi tapıldı - FOTOFAKT

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə  mətbuata verdiyi müsahibə də “Facebook” sosial şəbəkə istifadəçilərinin hamısını avara, işsiz, gücsüz adamlar adlandırıb.

A24.az-ın apardığı qısa araşdırma zamanı məlum olub ki, sosial şəbəkə istifadəçilərinin hamısını avara, işsiz, gücsüz adlandıran millət vəkilinin 2013-cü ildə “Facebook”da öz adına yaradılmış səhifə var.

“Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadənin rəsmi səhifəsi”

Səhifədə millət vəkilinin mətbuata verdiyi müsahibələr, açıqlamalar eləcə də deputatlığa namizəd olduğu zamanı aparılan təbliğat-təşviqat kampaniyasının fotoları yer alıb.  Səhifədə ən axırıncı paylaşım isə bu ilin fevral ayının 15-də edilib.

Səhifəni fotolarla birlikdə sizlərə təqdim edirik.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...