Qəzalı evlərdə yaşayanlara - MÜJDƏ
Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan obyektlərdə kompakt məskunlaşmış məcburi köçkünlərin bu il ilkin mərhələdə bir hissəsinin köçürülməsi nəzərdə tutulub.
Mynews.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, ilk olaraq Bakının Xəzər rayonu ərazisindəki "Energetik" pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binada hər an uçma təhlükəsinin olduğu nəzərə alınaraq, həmin obyektlərdə məskunlaşmış 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasınin tikilməsi nəzərdə tutulub.
Artıq layihələndirmə işlərinə başlanılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 978 dəfə oxunub
- Emin Ağalarov söz verdi 978 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 976 dəfə oxunub