Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol hərəkət qaydalarına əməl etməyən taksi qəza törətdi - FOTOLAR - VİDEO

Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən “99-XU-438” dövlət qeydiyyat nişanlı “London taksi”sinin sürücüsü səbəb olub.

Nəticədə yüksək sürətlə gələn “10-NA-016” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, “Mercedes” bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, “London taksi”sinin sürücüsü, 1983-cü il təvəllüdlüAlməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...