Məhkəmə dini icmanın şikayətini təmin etmədi
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri “Yevangelist-lüteran” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı şəhəri “Yevangelist-lüteran” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Dini icma Komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi icmanın iddiasını rədd edib. Qərardan narazı qalan dini icma apellyasiya şikayəti verib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1009 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 968 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub