Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edildi

Загрузка...

Milli Məclisin Reqional məsələlər komitəsinin bu gün keçirilən "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanununa dəyişiklik müzakirə edilib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Arif Rəhimzadə müzakirə edilən məsələlər barədə məlumat verib.

A.Rəhimzadə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsi barədə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, qaldırılan məsələlərin bir çoxu hazırkı qanunvericilikdə öz əksini tapıb.

A.Rəhimzadə əlavə edib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna dəyişiklik "Reklam haqqında" qanuna uyğunlaşdırmaq xarakteri daşıyır. Belə ki, yerli ödənişlərin tərkibinə açıq məkanda (bələdiyyə mülkinə aid olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklam yayımına görə ödənilən haqq daxil edilir.

Galeri Teknik

Həftənin hitləri

loading...