Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 12 çimərlik açılacaq: 6-sı pulsuzdur

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafına dair görüş keçirib.

Mynews.az-ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib. 

Nazir ölkədə bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. 

Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.

Nazir çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib. 

Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. 

Eyni zamanda, vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...