ŞAD XƏBƏR - Azərbaycanlılar Avropaya vizasız gedə bilər

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil.
Bunu Trend-ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.
H.Salber qeyd edib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq".
Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib: "Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir".
H.Salber Aİ ilə Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb.
Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: "Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”.
Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: "Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.
Cəmiyyət
- Kəndçiləri təhqir edən metro rəsmisi özünü günahkar saymır
- Dörd böyük xarici şirkət Azərbaycandan getdi
- Bakının bəzi məktəblərində dərslər təxirə salınıb
- DİM: Qadınlar imtahanlarda daha yaxşı nəticə göstərir
- Ərəblərin ən böyük şirkəti Azərbaycanda nümayəndəlik açdı
- Vaqif Əsədovdan avtoqəzalarla bağlı - MÜRACİƏT
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azyaşlı qızlarla cinsi əlaqəyə girən tanınmış iş adamları saxlanıld - Anbaan lentə aldılar - VİDEO 1785 dəfə oxunub
- Arvadını kişi ilə yataqda tutan kişi - Bağışlayın narahat etdim – ŞOK (+18) - VİDEO 1578 dəfə oxunub
- Həbsdən çıxan İlham Mirzəyev görün indi nə işlə məşğuldur - FOTOLAR 1210 dəfə oxunub
- Cinsiyyətini dəyişən mingəçevirli Səbinə - “Məni Azərbaycanda barmaqla göstərirdilər” - VİDEO 1191 dəfə oxunub
- İşdən çıxarılan nazirin nəvəsi yaşayış binasında restoran açdı - Hər gün dava düşür - VİDEO 1152 dəfə oxunub